WhatsApp

EMVA Group MMC – müasir tikinti materiallarının idxalı və satışı ilə keyfiyyət və etibarı birləşdirən şirkətdir.

ƏLAQƏ

Haqqımızda

Haqqımızda

EMVA Group MMC Azərbaycanda tikinti materiallarının idxalı və satışı sahəsində fəaliyyət göstərən etibarlı və peşəkar şirkətdir. Şirkətimizin əsas məqsədi müştərilərimizə yüksək keyfiyyətli tikinti materialları təqdim etmək, bazar tələblərinə uyğun səmərəli, təhlükəsiz və davamlı həllər təmin etməkdir.

 

EMVA Group MMC xarici ölkələrdə mərmər, qranit və traverten kimi təbii daşların təmin olunması, bu materialların layihələrə uyğun şəkildə seçilməsi və vaxtında çatdırılması sahəsində geniş təcrübəyə malikdir. Bununla yanaşı, fasad işlərinin görülməsi, müasir və estetik fasad həllərinin tətbiqi şirkətimizin əsas fəaliyyət istiqamətlərindəndir.

 

Şirkətimiz memarlıq və mühəndislik xidmətləri göstərərək layihələrin düzgün planlaşdırılmasını, texniki normalara uyğun icrasını və funksional nəticə əldə olunmasını təmin edir. Eyni zamanda, layihələrin keyfiyyətli və vaxtında həyata keçirilməsi üçün peşəkar işçi heyətinin (işçiliyin) təmini də tərəfimizdən təşkil olunur.

 

EMVA Group MMC logistika dəstəyi, satış sonrası xidmətlər və müştəri yönümlü yanaşma ilə seçilir. Geniş məhsul portfelimiz və innovativ yanaşmamız sayəsində fərqli ölçülü və təyinatlı layihələr üçün ən uyğun və səmərəli həlləri təklif edirik.

 

Məqsədimiz uzunmüddətli əməkdaşlıq qurmaq, müştəri məmnuniyyətini hər zaman ön planda saxlamaq və etibarlı tərəfdaş kimi dəyər yaratmaqdır.